Əsas məzmuna keç

Hörmüz boğazından qanunsuz keçən gəmini vurdular

Hörmüz boğazından qanunsuz keçən gəmini vurdular

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından qanunsuz keçməyə cəhd edən Toqo bayraqlı tankerin hədəfə alındığını açıqlayıb. Bununla...

en ru

İran İslam İnqilabı Keşikçiləri Korpusu () boğazından qanunsuz keçməyə cəhd edən Toqo bayraqlı tankerin hədəfə alındığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hücumdan sonra gəmidə yanğın baş verib və tanker dayandırılıb.

Qeyd olunub ki, gəmi hərbçilərinin təhriki nəticəsində İranın icazəsi olmadan boğazdan keçməyə cəhd göstərib.

İnqilab Keşikçilərinin nümayəndələri strateji cəhətdən mühüm boğazı tam nəzarətdə saxladıqlarını və heç bir təcavüzkarın buradan keçməsinə imkan verməyəcəklərini bəyan ediblər.

"Hörmüz boğazından qanunsuz keçid qaydanı pozan gəminin məhv edilməsindən başqa heç nəyə gətirib çıxarmayacaq" - bəyanatda vurğulanır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…