Əsas məzmuna keç

Timoteuş Puxaç “Lex”ə qayıtmaq və İngiltərə Premyer Liqasında oynamaq istəyir

Timoteuş Puxaç “Lex”ə qayıtmaq və İngiltərə Premyer Liqasında oynamaq istəyir
— Foto: idman.biz

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç gələcəkdə Polşanın “Lex” klubuna dönməyi arzuladığını bildirib. 27 yaşlı futbolçu İngiltərə Premyer Liqasında da çıxış etmək istədiyini deyib.

en ru

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç gələcəkdə Polşanın “Lex” klubuna qayıtmaq istədiyini açıqlayıb. O, bu barədə “Meczyki” nəşrinə müsahibəsində danışıb.

Jurnalistin “Lex”ə dönmək istəyib-istəmədiyi ilə bağlı sualını cavablandıran futbolçu bunu arzuladığını bildirib: “Əlbəttə, əlbəttə. Bunun üçün çalışacağam. “Lex” inanılmaz dərəcədə inkişaf edən klubdur. Bunu görmək çox xoşdur. Klub böhran yaşadığı vaxt orada çıxış edirdim. Birlikdə bu vəziyyətdən çıxdıq, gənc futbolçuların inkişafına kömək etdik və Avropa Liqasına vəsiqə qazandıq”.

Polşalı müdafiəçi İngiltərə Premyer Liqasında da özünü sınamaq istədiyini qeyd edib.

“Lex”in yetirməsi olan Puxaç klubun əsas komandasında 82 oyun keçirib, yeddi qol vurub və 12 məhsuldar ötürmə edib. 2021-ci ildə Berlin “Union”una transfer olunan futbolçu daha sonra “Trabzonspor”, “Panatinaikos”, “Kayzerslautern”, “Holşteyn Kil” və “Plimut”da çıxış edib. O, 2025-ci ildən “Sabah”ın formasını geyinir. Puxaçın klubu ilə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…