Əsas məzmuna keç

Peskov: Ukraynada yekun nizamlanma Kiyevin iştirakı olmadan mümkün deyil

Peskov: Ukraynada yekun nizamlanma Kiyevin iştirakı olmadan mümkün deyil

Dmitri Peskov bildirib ki, yekun nizamlanma üçün Kiyevdən məsuliyyəti üzərinə götürməyə hazır olan bir nümayəndənin iştirakı vacibdir. O, ABŞ-ın vasitəçilik səylərinin yüksək qiymətləndirildiyini də qeyd edib.

en ru

Federasiyası Prezidentinin mətbuat katibi münaqişəsinin yekun və hərtərəfli siyasi nizamlanması üçün Kiyev tərəfindən məsuliyyəti üzərinə götürməyə hazır olan səlahiyyətli nümayəndənin danışıqlar prosesində iştirakının vacibliyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Peskov Rusiya Prezidenti Vladimir Putinin Kiyevin vasitəçilərsiz birbaşa iştirakı olmadan sülh sazişinin imzalanmasını mümkün sayıb-saymadığına dair sualı cavablandırarkən Kremlin prinsipial mövqeyini diqqətə çatdırıb.

Kreml rəsmisi Birləşmiş Ştatların münaqişənin dayandırılması istiqamətində göstərdiyi diplomatik təşəbbüslərə toxunaraq, Vaşinqtonun vasitəçilik və sülhyaratma səylərinin Rusiya tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Peskov Birləşmiş Ştatlar administrasiyasının tərəflər arasında dialoqun bərpa olunması üçün ardıcıl addımlar atmağa davam etdiyini qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti bundan əvvəl defələrlə Moskvanın hərbi əməliyyatları sülh yolu ilə mümkün qədər tez dayandırmaq niyyətində olduğunu və danışıqlar masasına oturmağa hazır olduğunu bəyan edib. Lakin Rusiya lideri Kiyev rəhbərliyi tərəfindən analoji sülh iradəsinin nümayiş etdirilmədiyini vurğulayıb.

Eyni zamanda, ABŞ Prezidenti Vladimir Zelenskinin sülh razılaşmalarına konstruktiv yanaşmamasından və prosesi ləngitməsindən narazılığını ifadə edib. Tramp Ukrayna rəhbərliyinin sülh nizamlanmasına tam hazır olmadığını vurğulayaraq, Kiyevə Rusiya ilə real kompromislərə gedə biləcək və razılıq əldə etməyə qadir olan yeni liderin vacib olduğunu diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…