Əsas məzmuna keç

Kreml: Putin Trampla yeni görüşə hazırdır, lakin hazırlıq vacibdir

Kreml: Putin Trampla yeni görüşə hazırdır, lakin hazırlıq vacibdir

Rusiya prezidentinin ABŞ lideri ilə mümkün yeni görüşə hazır olduğu bildirilib. Dmitri Peskov belə görüşün ekspertlər səviyyəsində ilkin iş aparılmadan keçirilməsini məqsədəuyğun saymayıb.

en ru

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla növbəti görüşün keçirilməsi ideyasına prinsiqcə açıqdır. Lakin belə bir sammitin öncədən əsaslı və lazımi texniki-diplomatik aparılmadan təşkil edilməsi məqsədəuyğun hesab olunmur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi jurnalistlərə açıqlamasında bildirib.

Peskov vurğulayıb ki, Rusiya və ABŞ liderləri telefon danışıqları zamanı ehtiyac yarandıqca ikitərəfli təmasları davam etdirməyə hazır olduqlarını dəfələrlə ifadə ediblər. Bununla belə, Kreml rəsmisinin sözlərinə görə, və nümayəndə heyətləri səviyyəsində ilkin işlər görülmədən təşkil olunan yüksək səviyyəli görüşlər gözlənilən nəticəni verə bilməz və sadəcə vaxt itkisi ilə nəticələnər.

Mətbuat katibi Vladimir Putin ilə Prezidenti Vladimir Zelenski arasında ehtimal edilən birbaşa danışıqlar mövzusuna da toxunub. Peskov bəyan edib ki, belə bir görüş yalnız tərəflər arasında konkret razılaşmaların yekun olaraq rəsmiləşdirilməsi və imzalanması mərhələsində mümkündür. Liderlərin heç bir ilkin layihə və ekspert razılığı olmadan sadəcə müzakirə xatirinə bir araya gəlməsi Rusiya tərəfi üçün məqbul sayılmır.

Bundan əvvəl ABŞ administrasiyasının rəhbəri BMT Baş Assambleyası çərçivəsində verdiyi bəyanatda Putinin Ukraynadakı münaqişəyə son qoymaq məqsədilə danışıqlara hazır olduğunu bildirmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…