Əsas məzmuna keç

Peskov Trampın “Ay bizimdir” sözlərini şərh etdi

Peskov Trampın “Ay bizimdir” sözlərini şərh etdi

Dmitri Peskov ABŞ prezidentinin “Ay bizimdir” ifadəsinin peykin ABŞ mülkiyyəti elan edilməsi anlamına gəlmədiyini deyib.

ru en

Kremlin sözçüsü ABŞ Prezidenti Trampın Ayı ABŞ-yə məxsus elan etdiyini düşünmür.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Peskov bu barədə TASS-a açıqlamasında danışıb.

Onun sözlərinə görə, Trampın “Ay bizimdir” ifadəsi ABŞ-nin Ay üzərində mülkiyyət iddiası irəli sürməsi kimi başa düşülməməlidir.

Tramp “Ay bizimdir” deyərkən, düşünürəm ki, bunun onların mülkiyyəti olduğunu nəzərdə tutmayıb. O, çox yaxın zamanda amerikalı astronavtların Aya qədəm qoyacağına ümid etdiyini ifadə edib”, - Peskov bildirib.

Kremlin nümayəndəsi qeyd edib ki, kosmos ölkələr arasında qarşıdurma deyil, qarşılıqlı məkanı olmalıdır.

Peskov əlavə edib ki, kosmos hər hansı şəkildə “özəlləşdirmə” obyekti ola bilməz.

Qeyd edək ki, daha əvvəl Ayın fotosunu paylaşaraq onun üzərinə “Ay bizimdir” sözlərini və ABŞ bayrağını əlavə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…