Əsas məzmuna keç

Paşinyandan müxalifətə ultimatum: “Ya yeni Konstitusiyaya səs verəcəksiniz, ya da...”

Paşinyandan müxalifətə ultimatum: “Ya yeni Konstitusiyaya səs verəcəksiniz, ya da...”

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifəti yeni Konstitusiya dəyişikliklərini dəstəkləməyə ictimai təzyiq vasitəsilə razı salmağın mümkün olduğunu bildirib. O, bunun nəticə verməyəcəyi halda növbədənkənar seçkilərin də nəzərdən keçirilə biləcəyini deyib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ermənistanın Baş naziri müxalifəti yeni Konstitusiyanın qəbulunu dəstəkləməyə məcbur etmək üçün ictimai təzyiq və siyasi mexanizmlərdən istifadə edə biləcəyini bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Parlamentdə keçirilən hökumət saatından sonra danışan Paşinyan prosesi ilə Konstitusiya dəyişikliyini bir-biri ilə birbaşa əlaqələndirib. bildirib ki, Konstitusiya dəyişəcəyi təqdirdə sülhün bərqərar olunacağına zəmanət verdiyini açıqlaya bilər: "Mən Konstitusiya dəyişiklikləri qəbul edildikdən sonra sülh sazişinin imzalanıb ratifikasiya olunacağına zəmanət verdiyimi bəyan etsəm, müxalifət buna qarşı səs verə bilməz. Çünki dəyişikliyə 'yox' demək müharibəyə səs vermək kimi görünəcək və bu, müxalifətin özünü siyasi səhnədən silməsi demək olar".

Paşinyan Müstəqillik Bəyannaməsinin ideologiyasından imtinanın hər hansı xarici amillə bağlı olmadığını, bunun sülhün institusionallaşdırılması üçün zəruri addım olduğunu vurğulayıb.

Müxalifətin müqavimətini qırmaq üçün hakimiyyətin etiraz aksiyalarına başlaya biləcəyini istisna etməyən Paşinyan, xalqın təzyiqi ilə müxalifətdən dəyişikliklərin lehinə səs verməsini tələb edəcəklərini deyib.

Baş nazir əlavə edib ki, bu mexanizm də nəticə verməzsə, növbədənkənar parlament seçkilərinə gedilə bilər: "Bu addım yalnız indiki müxalifətin növbəti parlamentdə təmsil olunmayacağına tam əminlik yarandıqda atıla bilər. Belə vəziyyətdə müxalifət özünüqoruma instinkti ilə dəyişikliklərin lehinə səs verəcək". Lakin Paşinyan vurğulayıb ki, son siyasi proseslərdən sonra növbədənkənar seçki ehtimalı kəskin azalıb.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın naziri keçiriləcək Konstitusiya referendumunda xalqın "əleyhinə" səs verəcəyi təqdirdə hakim komandanın istefa verə biləcəyini istisna etməmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…