Əsas məzmuna keç

Mirzoyan Ermənistanın KTMT-yə qayıdış yolunu təsəvvür etmir

Mirzoyan Ermənistanın KTMT-yə qayıdış yolunu təsəvvür etmir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) necə qayıda biləcəyini təsəvvür etmədiyini bildirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ermənistanın naziri İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) fəal üzvlüyünə qayıtması ehtimalını istisna edərək, bu platformada gələcək fəaliyyəti təsəvvür etmədiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Sputnik Armenia" agentliyinin yaydığı məlumata əsasən, A.Mirzoyan parlamentdə jurnalistlərə açıqlamasında KTMT-nin baş katibi Talatbek Masadıkovun Moskvadakı brifinq zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:

“Mövcud geopolitik reallıqlarda vəziyyət kifayət qədər mürəkkəbdir. Düşünürəm ki, kollektiv şəkildə yekun qərar qəbul edilməlidir. Şəxsən mən Ermənistanın KTMT-yə hansı şəkildə və necə qayıda biləcəyini təsəvvür etmirəm”, – deyə Mirzoyan vurğulayıb.

Xatırladaq ki, KTMT-nin baş katibi Talatbek Masadıkov Moskvada keçirilən brifinqdə rəhbərliyinin zamanla alyansda iştirak formatı ilə bağlı obyektiv qərar verəcəyinə ümid etdiyini bəyan etmişdi.

Lakin Ermənistanın baş naziri hökumətin beşillik fəaliyyət proqramını təqdim edərkən İrəvanın KTMT-yə qayıtmaq planının olmadığını qətiyyətlə diqqətə çatdırıb. Paşinyan hətta təşkilatın Ermənistanı üzvlükdən çıxarmaq barədə qərar qəbul edəcəyi təqdirdə bunu məmnunluqla qarşılayacağını bildirərək, İrəvanın alyans çərçivəsində fəaliyyətini bərpa etməyəcəyini vurğulayıb.

Ermənistan 2024-cü ilin fevral ayından etibarən KTMT-dəki iştirakını de-fakto “dondurduğunu” elan edib. İrəvan rəhbərliyi bu addımı müttəfiqlərin 2021–2022-ci illərdə Ermənistan qarşısında müqavilə üzrə öhdəliklərini icra etməməsi ilə əsaslandırmağa çalışıb. Eyni zamanda İrəvan təşkilatın büdcəsinə üzvlük haqlarını da ödəməkdən imtina edib.

Öz növbəsində, Rusiya Federasiyasının xarici işlər naziri 2026-cı ilin iyun ayında verdiyi bəyanatda, Ermənistanın maliyyə borclarına görə KTMT-nin nizamnamə maddəsinin tətbiq olunması — yəni öhdəliklərini yerinə yetirməyən üzv dövlətlərə qarşı adekvat tədbirlərin görülməsi imkanlarının nəzərdən keçiriləcəyini bildirib.

Qeyd edək ki, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…