Əsas məzmuna keç

Mirzoyan: Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb etmir

Mirzoyan: Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb etmir

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan bildirib ki, Bakı Konstitusiyanın dəyişdirilməsini tələb etmir, lakin sülh sazişinin imzalanması üçün bunu ilkin şərt kimi irəli sürür.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ermənistanın və beynəlxalq ticarət naziri parlamentin xarici əlaqələr komissiyasındakı çıxışı zamanı Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən söz açıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Sputnik Armenia" agentliyinin yaydığı məlumata əsasən, A.Mirzoyan Azərbaycanın Əsas Qanununun (Konstitusiya) dəyişdirilməsi ilə bağlı mövqeyini şərh edərkən “tələb” və “ilkin şərt” anlayışlarının hüquqi baxımdan fərqləndirilməsinin vacibliyini iddia edib.

Mirzoyanın sözlərinə görə, Azərbaycan Ermənistanın daxili qanunvericiliyinə birbaşa müdaxilə şəklində tələb irəli sürməsə də, Əsas Qanun dəyişdirilməyənədək sülh sazişini imzalamayacağını açıq şəkildə bəyan edib:

“Azərbaycan tərəfi Ermənistanın Konstitusiyasını dəyişdirməsini birbaşa tələb etmir. Lakin Bakı açıq şəkildə bildirir ki, sülh müqaviləsinin mətni üzrə razılıq əldə olunsa da, Ermənistan Əsas Qanununu dəyişməyənədək və Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmayanadək həmin sənəd imzalanmayacaq. Yəni rəsmi Bakı üçün bu məsələ sazişin imzalanması üzrə əsas ilkin şərtdir”, – deyə Mirzoyan vurğulayıb.

Xatırladaq ki, Ermənistanın baş naziri daha əvvəl Azərbaycanla Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsinin birbaşa danışıqlar masasında müzakirə olunmadığını iddia etmişdi.

Bununla yanaşı, Ermənistanın ədliyyə naziri Srbui Qalyan ölkədə yeni Konstitusiya layihəsi üzərində işlərin davam etdirildiyini bəyan edib. Bununla belə, o, layihənin dəqiq dərc olunma müddəti və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistandakı konstitusiya prosesi ilə bağlı bəyanatları barədə şərh verməkdən imtina edib.

Qeyd edək ki, Azərbaycan tərəfinin mövqeyi tamamilə aydın və dəyişməzdir: Bakı dəfələrlə bəyan edib ki, Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edən hazırkı Konstitusiyasında Azərbaycanın suveren ərazilərinə qarşı yer alan dolayısı ərazi iddiaları ləğv edilməlidir. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi də vurğulayıb ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı iddiaların hüquqi müstəvidə tamamilə ləğvi yekun sülh sazişinin imzalanması üçün sonuncu və ən mühüm addımdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…