Əsas məzmuna keç

Putin: “Rusiya münaqişənin həlli üçün razılığa gəlməyə hazırdır”

Putin: “Rusiya münaqişənin həlli üçün razılığa gəlməyə hazırdır”

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə razılaşmaq üçün hazır olduqlarını, sülh razılaşmasına nail olunandan sonra üçtərəfli təmasları bərpa etməyə razılaşdıqlarını bildirib. O, Rusiyanın “xüsusi hərbi əməliyyat”ın bütün məqsədlərinə çatacağını da deyib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Federasiyasının Prezidenti lideri Volodimir Zelenskinin ABŞ mediasına verdiyi müsahibədə hərbi əməliyyatların mövcud təmas xətti boyunca dondurulması və ərazi itkilərinin qəbul edilməsi ehtimalı barədə bəyanatına münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiya Moskva tərəfindən nəzarətə götürülən bölgələrin hüquqi statusuna toxunaraq, həmin ərazilərin tarixi baxımdan Rusiyaya məxsus olduğunu iddia edib.

V.Putin həmin regionlarda yaşayan əhalinin müvafiq referendumlar vasitəsilə əvvəlcə müstəqilliyə, daha sonra isə Rusiya Federasiyasının tərkibinə daxil olmağa səs verdiklərini iddia edərək, Kiyevin bunu “ərazi itkisi” kimi qələmə verməsinin hüquqi əsası olmadığını bildirib.

Rusiya lideri Avropa ölkələrində Moskvaya karşı aparılan anti-Rusiya kampaniyasını və Rusiyadan gələn potensial təhlükə barədə bəyanatları kəskin tənqid edib. O, Avropa siyasi elitasının bu yanaşmasını “siyasi şizofreniya” adlandıraraq, Moskva ilə hərbi münaqişəyə hazırlaşmaq çağırışlarının məntiqsiz olduğunu vurğulayıb:

“Avropadakı siyasi proseslər göstərir ki, sıravi avropalılar Rusiya ilə müharibə istəmirlər. Rusiya da Avropa ilə müharibə aparmaq niyyətində deyil və buna hazırlaşmır. Rusiyanı döyüş meydanında strateji məğlubiyyətə uğratmaq xəyalları reallıqdan uzaqdır. Bu həqiqəti anlayan tərəflər zamanla Rusiya ilə mehriban qonşuluq və dostluq münasibətləri qurmağın zəruriliyini dərk edəcəklər”, – deyə Putin qeyd edib.

Ukrayna rəhbərliyinin münaqişədəki mövqeyini dəyərləndirən Rusiya Prezidenti Kiyevin beynəlxalq tərəfdaşlarından davamlı maliyyə və hərbi dəstək tələb etmək strategiyasını tənqid edib. O, Ukrayna hakimiyyətinin ölkə daxilində həyata keçirdiyi məcburi səfərbərlik tədbirlərini mənfi qiymətləndirərək, vətəndaşların zorla cəbhəyə cəlb edilməsinin orduda motivasiyanı kəskin aşağı saldığını iddia edib.

Rusiya lideri 2014-cü ildən bəri münaqişənin siyasi-diplomatik yolla həllinin tərəfdarı olduqlarını bəyan edərək, hazırda da kompromis sazişin əldə olunmasına açıq olduqlarını bildirib:

“Biz bu gün də ağır və mürəkkəb böhranın həlli yollarını tapmağa, prinsipial məsələlər üzrə razılığa gəlməyə hazırıq. Ruslar və ukraynalılar dərin genetik və tarixi köklərə malik xalqdırlar. Hər bir mövzu üzrə konstruktiv razılıq əldə etmək mümkündür. Lakin eyni zamanda Rusiya öz qarşısına qoyduğu strateji vəzifələri yerinə yetirəcək və hərbi əməliyyatların elan olunmuş məqsədlərinə çatacaq”, – deyə dövlət başçısı əlavə edib.

Putin həmçinin Sankt-Peterburq şəhərində Birləşmiş Ştatlar Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla keçirdiyi məxfi danışıqların təfərrüatlarına toxunub. Rusiya lideri tərəflərin Rusiya-ABŞ-Ukrayna üçtərəfli diplomatik təmaslarının bərpa edilməsi barədə razılığa gəldiklərini diqqətə çatdırıb.

O vurğulayıb ki, dayanıqlı sazişi imzalandıqdan sonra həm Ukraynanın, həm də Rusiyanın uzunmüddətli təhlükəsizlik zəmanətləri, eləcə də Avropanın yeni təhlükəsizlik arxitekturası hərtərəfli müzakirə olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…