Əsas məzmuna keç

Tramp: İranı ciddi şəkildə zəiflətdik, bəlkə daha da irəli gedə bilərik

Tramp: İranı ciddi şəkildə zəiflətdik, bəlkə daha da irəli gedə bilərik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı əməliyyatların ölkəyə ciddi zərər vurduğunu iddia edib. O, Rusiya-Ukrayna müharibəsi, “Starlink” və 2028-ci il prezident seçkiləri barədə də danışıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Birləşmiş Ştatlar Prezidenti Ayova ştatında keçiriləcək seçki mitinqinə yollanarkən Ağ Evin qarşısında media nümayəndələrinin xarici siyasət, Yaxın Şərq böhranı və daxili siyasi gündəmlə bağlı suallarını cavablandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ İranla hərbi qarşıdurma, yanacaq qiymətlərinin daxili seçki dinamikasına təsiri, Rusiya-Ukrayna münaqişəsi və "" peyk şəbəkəsi ilə bağlı mühüm açıqlamalar verib.

Noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər fonunda seçicilərin Yaxın Şərqdəki hərbi addımlardan və enerji bazarlarındakı qiymət artımından razı olub-olmadığı barədə sualı cavablandıran D.Tramp cəmiyyətdə fərqli yanaşmaların olduğunu bildirib:

“Bəzi insanlar həyata keçirdiyimiz qətiyyətli siyasəti tam dəstəkləyir, digərləri isə bundan narazıdır. Qlobal təhlükəsizliyin təmin olunmasında hər bir addımın müəyyən əvəzi olur. Lakin öz ölkəsini və milli maraqlarını müdafiə edən böyük əksəriyyət bu strateji həmlələri təqdir edir. Biz İranın hərbi və nüvə potensialına bir çox istiqamətdə ciddi zərbələr endirdik, onları ağır məğlubiyyətə uğratdıq və zərurət yarandığı təqdirdə bu təzyiqləri daha da irəli apara bilərik”, – deyə Tramp vurgulayıb.

Prezidenti Volodimir Zelenskinin cəbhədəki son Rusiya hücumlarının Moskvanın sülh istəməməsinin sübutu olması barədə bəyanatına münasibət bildirən ABŞ Prezidenti proseslərin inkişafını izlədiklərini deyib: “Görək bu diplomatik və hərbi proses necə nəticələnəcək. Münaqişə zonalarında bu tür hadisələr tez-tez baş verir”, – deyə o əlavə edib.

Jurnalistlərin İlon Maskla əlaqə saxlayaraq "Starlink" peyk rabitə sisteminin Ukrayna Silahlı Qüvvələrinə göstərdiyi internet xidmətindəki məhdudiyyətlərin ləğv olunmasını istəyib-istəmədiyi barədə sualına Tramp belə cavab verib:

“İlon Maskla münasibətlərimiz çox yaxşıdır. Lakin bu xüsusi mövzu üzrə əlavə şərh vermək istəməzdim. Mənim və ya başqa bir rəsminin ona zəng etməsi mahiyyəti dəyişmir. Əsas məsələ həmin xidmətin texniki baxımdan bərpa olunmasıdır”.

Donald Tramp 2028-ci ildə keçiriləcək növbəti ABŞ seçkilərində vitse-prezident Cey Di Vensə (JD Vance) dəstək verib-verməyəcəyi barədə sualı da cavablandırıb. O, gələcək seçki konyukturası barədə danışmağın hələ tez olduğunu bildirib: “Açığı, bu barədə hələ dərin düşünməmişəm. Bu məsələləri dəyərləndirmək üçün önümüzdə kifayət qədər vaxt var”, – deyə dövlət başçısı vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…