Oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək UFC 333 turniri ərəfəsində döyüşçülərin rəsmi çəkiölçmə mərasimi baş tutub.
Asəf Çopurov və avstraliyalı Kolbi Tikness çəkiölçmədən keçən son iştirakçılar arasında olublar. Yüngül çəkidən bir pillə aşağı olan 61,2 kq divizionunda döyüşəcək idmançılar qarşılaşma üçün müəyyənləşdirilmiş çəki limitinə əməl ediblər.
24 yaşlı Çopurov UFC-də debüt etməyə hazırlaşır. O, peşəkar MMA karyerasında keçirdiyi 11 döyüşün hamısında qalib gəlib. 27 yaşlı Tiknessin peşəkar karyerasında isə doqquz qələbə və bir məğlubiyyət var.
Əbu-Dabidəki “Etihad Arena”da təşkil olunacaq turnirin əsas döyüşündə Aleksandr Volkanovski və Movsar Yevloyev yarımyüngül çəkidə çempionluq kəməri uğrunda qarşılaşacaqlar. Gecənin digər titul döyüşündə Petr Yan və Merab Dvalişvili üz-üzə gələcəklər.