Milli Məclis "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" ratifikasiya edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu haqda layihə parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Qeyd edilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr – 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları ilə qəbul olunmuş "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" Azərbaycanın müvafiq bəyanatı ilə təsdiq edilir.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.