Türkmənistanın U-15 futbol millisinin baş məşqçisi Aziz Kambarov Bakıda keçiriləcək dünya çempionatı və festivalında iştirakla bağlı fikirlərini bölüşüb. O, turnirə hazırlığın yüksək səviyyədə getdiyini bildirib.
“Turnirə yüksək səviyyədə hazırlıq getdiyini görürük. İnanırıq ki, dünya çempionatı son günədək bu səviyyədə davam edəcək və bütün komandalar burada xoş təəssüratlar qazanaraq dəyərli təcrübə əldə edəcəklər”, – Kambarov deyib.
Komandasının turnirdəki şansları barədə danışan mütəxəssis bütün variantların mümkün olduğunu qeyd edib. O, futbolçularının şanslardan maksimum yararlanacağına ümid etdiyini bildirib.
Kambarov, həmçinin, xoş qarşılanmaya görə Azərbaycana təşəkkür edib.
FIFA U-15 dünya çempionatı oktyabrın 24-dən 30-dək Hövsan Yarış Kompleksində təşkil olunacaq.