Əsas məzmuna keç

Azərbaycan U-15 millisi dünya çempionatında Çili ilə qarşılaşacaq

Azərbaycan U-15 millisi dünya çempionatında Çili ilə qarşılaşacaq
— Foto: Report.az

Azərbaycan yığması C Divizionunun 1/16 finalında oktyabrın 28-də Çili seçməsi ilə üz-üzə gələcək. Görüş Hövsan Yarış Kompleksində saat 11:30-da başlayacaq.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında millisinin növbəti rəqibi müəyyənləşib. Famil Xəlilovun baş məşqçisi olduğu komanda C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində seçməsi ilə qarşılaşacaq.

Oyun oktyabrın 28-də Hövsan Yarış Kompleksinin 7B stadionunda saat 11:30-da start götürəcək. Cütün qalibi növbəti mərhələdə Belarus – Cəbəllütariq duelinin güclüsü ilə, məğlub tərəf isə həmin cütün uduzanı ilə görüşəcək.

C Divizionunun digər oyunları

Saat 11:30-da Fransa – Trinidad və Tobaqo, Yaponiya – Mozambik, Benin – Kuba, Uqanda – Yəmən, Tunis – Namibiya, Nigeriya – Yeni Kaledoniya, İndoneziya – Moldova, Tailand – Əfqanıstan, Panama – Qazaxıstan və Honduras – Hindistan matçları keçiriləcək.

Saat 12:45-də Vyetnam – Ruanda, Macarıstan – Malavi, Lüksemburq – Liberiya və Şotlandiya – Nikaraqua qarşılaşmaları başlayacaq.

Azərbaycan millisinin turnirdəki yolu

Azərbaycan komandası AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili 3:1 hesabı ilə məğlub etmiş, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzmuşdu.

Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş oyun keçirəcək. Beləliklə, komandanın turnirdəki matçlarının sayı 10-a çatacaq.

Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir. Çempionat çərçivəsində 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Kristal Zalında olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…