Əsas məzmuna keç

Terrorla mübarizə qaydaları necə dəyişdi? – Yeni qanun

Terrorla mübarizə qaydaları necə dəyişdi? – Yeni qanun

Milli Məclis Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsini və hüquqi şəxslərin bu sahədə məsuliyyətinin...

en ru

Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsini və hüquqi şəxslərin bu sahədə məsuliyyətinin dəqiqləşdirilməsi məsələsini son oxunuşda qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı və Cinayət-Prosessual Məcəllələrinə təklif edilən dəyişiklik parlamentin sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd olunub ki, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatları üzrə nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq ediləcək.

Layihəyə əsasən, terrorçuluğun maliyyələşməsinin digər iqtisadi xarakterli cinayətlərdən mühüm fərqi ondan ibarətdir ki, bu əməlin əsas məqsədi maliyyə və ya digər iqtisadi mənfəətin əldə edilməsi deyil, vəsaitlərin aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsidir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…