Əsas məzmuna keç

"Pulsuz hüquqi yardım haqqında" yeni qanuna görə bir sıra məcəllə və qanunlara dəyişiklik edilir

"Pulsuz hüquqi yardım haqqında" yeni qanuna görə bir sıra məcəllə və qanunlara dəyişiklik edilir

Vətəndaşların pulsuz hüquqi yardım almaq imkanları genişlənir. Mülki və Cinayət Prosessual Məcəllələrində edilən yeniliklər kimlərə şamil olunacaq?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Həssas əhali qruplarının pulsuz hüquqi yardım alma imkanlarını genişləndirilməsi və onların konstitusion hüquqlarını daha etibarlı qoruması məqsədilə müvafiq qanunlar "Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsinə uyğunlaşdırılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, Mülki , Cinayət-Prosessual, Cəzaların İcrası məcəllərində, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Veteranlar haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Uşaq hüquqları haqqında" qanunlarda dəyişiklik layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Belə ki, hazırki qanun layihəsi şəhid ailəsi statusunu almış ailələrin, veteranların, qaçqın statusu almış şəxslərin, valideyn himayəsindən məhrum olmuş uşaqların, yetkinlik yaşına çatmayanların, insan alveri qurbanlarının, sosial yardım alan ailənin üzvlərinin, məişət zorakılığından zərər çəkmiş şəxslərin, əlilliyi olan işləməyən şəxslərin pulsuz hüquqi yardım almaq hüququnu təsbit edir.

Qeyd edilib ki, "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsindən dolayı, dəyişikliklərin edilməsi zərurui olan qanunlardan biri də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Respublikasının Qanunudur.

Hazırki layihə həmin qanunda vəkillərin pulsuz hüquqi yardım göstərmək vəzifəsini, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin pulsuz hüquqi yardımın göstərilməsi üzrə fəaliyyətini tənzimləyir. Layihədə önəmli məqamlardan biri də odur ki, haqqının məbləğini əvvəllər müvafiq icra hakimiyyəti orqanı müəyyən edirdi, hazırki qanun layihəsində isə bu qanunla müəyyən edilir.

Sənədə əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyəti "Pulsuz hüquqi yardım haqqında" qanuna uyğun olaraq pulsuz hüquqi yardım göstərilməsini təşkil edəcək. Pulsuz hüquqi yardım göstərilməsi üçün ərizə və pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən Vəkillər Kollegiyasına təqdim edilməli olan hesabat formalarını, pulsuz hüquqi yardım göstərən vəkillərin seçimi qaydalarını müəyyən edəcək, fəaliyyət göstərdikləri ərazilərə uyğun olaraq pulsuz hüquqi yardım göstərən şəxslərin, o cümlədən paraleqal statusu əldə etmiş şəxslərin reyestrini aparacaq.

Layihədə vəkillərin vəzifələri sırasınaa ildə 30 saatdan az olmamaqla, ictimai fayda naminə ödəniş tələb etmədən qanunla müəyyən edilən şəxslərə pulsuz hüquqi yardım göstərmək də əlavə edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…