Əsas məzmuna keç

Cüneyt Biçer Toral Bayramovun “Bursaspor”da əsas heyətə düşə biləcəyini deyib

Cüneyt Biçer Toral Bayramovun “Bursaspor”da əsas heyətə düşə biləcəyini deyib
— Foto: idman.biz

“Serikspor”un baş məşqçisi Cüneyt Biçer Toral Bayramovun Türkiyəyə və komandaya uyğunlaşdıqca daha yaxşı çıxış edəcəyini bildirib.

en ru

Türkiyənin “Serikspor” klubunun baş məşqçisi, əvvəllər “” və “Xəzər Lənkəran”da çalışmış Cüneyt Biçer Toral Bayramovun “Bursaspor”dakı vəziyyətini dəyərləndirib. O, millisinin üzvünün əsas heyətdə daimi yer qazanmaq imkanlarından da danışıb.

Biçerin fikirlərini “Sportal.az” yayıb. Mütəxəssis “Antalyaspor”la son oyunda uzaq məsafədən öz qapısına qol vuran Bayramovun həmin matçda bəxtinin gətirmədiyini, lakin ilk mövsümündə işlərinin yaxşı getdiyini söyləyib. Onun sözlərinə görə, futbolçu Türkiyəyə və komandaya uyğunlaşdıqca daha yaxşı çıxış edəcək: “Hər keçən gün Toralın xeyrinə işləyir”.

Biçer “Bursaspor”un güclü və çempionluğa iddialı komanda olduğunu, Superliqaya qayıtmaq istədiyini və heyətdə rəqabətin yüksək olduğunu vurğulayıb. O, Toralın yaxşı futbolçu olduğunu və əsas heyətdə özünə yer edə biləcəyini qeyd edib. Bayramov ötən yay “”dan ayrılaraq “Bursaspor”a keçib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…