Türkiyə Birinci Liqasının 11-ci turunda “Bursaspor” doğma meydanda “Pendikspor”u 2:0 hesabı ilə məğlub edib. Azərbaycan millisinin futbolçusu Toral Bayramov Bursa təmsilçisinin heyətində oyuna sonradan qoşulub.
“Atatürk Spor Kompleksi Matlı” stadionunda keçirilən qarşılaşmada hesabı 10-cu dəqiqədə Halil Akbunar açıb. Keleçi İheanaço 62-ci dəqiqədə fərqi artıraraq matçın yekun nəticəsini müəyyənləşdirib.
Bayramov 77-ci dəqiqədə meydana daxil olub. Bu qələbədən sonra “Bursaspor” 25 xalla ikinci pillədəki mövqeyini qoruyub və lider “Kayserispor”dan cəmi bir xal geri qalır.
10 xalı olan “Pendikspor” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Növbəti turda “Bursaspor” səfərdə “Keçiörengücü” ilə qarşılaşacaq.