Azərbaycanın U-20 millisinin futbolçusu Həsən Nəzərli Türkiyədəki legioner karyerasını başa vuraraq vətənə dönə bilər.
“Azerisport”un məlumatına görə, hazırda “Keçiörənspor”da çıxış edən 19 yaşlı yarımmüdafiəçi Türkiyənin aşağı liqasında oynamaq istəmir. Onun böyük ehtimalla “Şamaxı”ya keçəcəyi bildirilir.
“Ankaragücü”nün yetirməsi olan futbolçunun Azərbaycana qayıtmaq niyyətində olduğu qeyd edilir.
Avqustda Həsən Nəzərlinin “Şəfa”ya keçməyə yaxın olduğu barədə xəbərlər yayılmışdı. Həmin vaxt onunla Misli Premyer Liqasının bir neçə klubunun maraqlandığı da bildirilmişdi.
Gənc yarımmüdafiəçi sentyabrda Azərbaycanın U-20 millisinə dəvət alıb.