Bu gün Misli Premyer Liqasının birinci dövrəsinin VIII turunda “Şamaxı” ilə “Şəfa” üz-üzə gələcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 15:00-da başlayacaq.
Turnir cədvəlində “Şamaxı” 10 xalla VII pillədə qərarlaşıb. Üç xalı olan “Şəfa” isə 11-cidir.
Görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Şirmamed Mamedov, Teymur Teymurov və Səbuhi Bayramov kömək edəcəklər. VAR hakimi Elvin Bayramov, AVAR hakimi Tərlan Talıbzadə, hakim-inspektor Feyzulla Feyzullayev, AFFA nümayəndəsi isə Elgiz Abbasov təyin olunub.
Qarşılaşma oktyabrın 16-da keçiriləcək. VIII tura oktyabrın 18-də yekun vurulacaq.