Əsas məzmuna keç

Misli Premyer Liqasında XIII tur başlayır: bu gün iki oyun keçiriləcək

Misli Premyer Liqasında XIII tur başlayır: bu gün iki oyun keçiriləcək
— Foto: Report.az

XIII turun ilk oyun günündə “İmişli” “Şəfa”nı, “Neftçi” isə “Zirə”ni qəbul edəcək. Matçlar saat 14:30 və 19:00-da başlayacaq.

en ru tr

Misli Premyer Liqasında XIII tura bu gün start veriləcək. İlk oyun günündə iki qarşılaşma keçiriləcək.

Saat 14:30-da Yevlax şəhər stadionunda “” “” ilə qarşılaşacaq. “İmişli” 12 xalla 8-ci, “Şəfa” isə 5 xalla 11-ci pillədədir. Oyunun baş hakimi Fərid Hacıyev olacaq. Ona Rəhman İmami, Tərlan Talıbzadə və İslam Məmmədov kömək edəcəklər. VAR hakimi Nicat İsmayıllı, AVAR hakimi Zöhrab Abbasov, hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi isə Nəriman Axundovdur.

Günün ikinci matçında saat 19:00-da “” “”ni “Palms Sports Arena”da qəbul edəcək. “Neftçi” 27 xalla turnir cədvəlinə başçılıq edir, “Zirə” isə 20 xalla 5-ci yerdədir. Görüşün baş hakimi Tural Qurbanov olacaq. Köməkçiləri Cəmil Quliyev, Asiman Əzizli və Elvin Bayramov, VAR hakimi Kamal Umudlu, AVAR hakimi Şirmamed Mamedov, hakim-inspektor Ömər Paşayev, AFFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov təyin olunublar.

Hər iki qarşılaşma noyabrın 27-də keçiriləcək. XIII tura noyabrın 29-da yekun vurulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…