“Qalatasaray”ın futbolçusu Rafael Leao zədələnib. Klubun açıqlamasına görə, MRT və əlavə müayinələrdən sonra onun qasıq əzələsində yüngül-orta dərəcəli gərilmə aşkarlanıb və müalicəsinə başlanılıb.
Portuqaliyalı futbolçunun vəziyyəti gündəlik müayinələrlə izlənəcək.
Leao Trendyol Super Liqasının 8-ci turunda “Qalatasaray”ın “Gənclərbirliyi”ni 1:0 hesabı ilə məğlub etdiyi matçda zədələnib. Görüşün 77-ci dəqiqəsində ayağı sürüşən futbolçu qasıq əzələsində gərilmə hiss edib və oyunu davam etdirə bilməyib.