Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu Portuqaliya Futbol Federasiyası tərəfindən 30 günlük diskvalifikasiyaya məruz qalıb. “Record”un məlumatına görə, futbolçu komandanın düşərgəsini tərk etdiyinə görə 255 avro cərimə ödəyəcək.
Ronaldu Millətlər Liqasının üçüncü turunda Danimarka ilə keçirilən oyundan (4:2) əvvəl milli komandanın düşərgəsindən ayrılıb. Baş məşqçi Jorje Jezus daha əvvəl futbolçu ilə arasında münaqişə olmadığını bildirmişdi. Həmçinin Jezusun hücumçu ilə barışıq görüşünə razılıq verdiyi barədə məlumat yayılmışdı.
Ronaldu 2003-cü ildən Portuqaliya millisində çıxış edir. O, yığmanın heyətində 2016-cı ildə Avropa çempionu olub, həmçinin Millətlər Liqasının ikiqat qalibidir.