Azərbaycan millisinin üzvü Toral Bayramov Türkiyə 1-ci Liqasının 14-cü turunda “Bursaspor”un “Antalyaspor”la səfər oyununda avtoqol vurub. Türkiyə mediasının məlumatına görə, görüş 1:1 hesabı ilə başa çatıb.
“Bursaspor” Keleçi İheanaçonun 26-cı dəqiqədə vurduğu qolla hesabı açıb. İlk hissəyə əlavə olunmuş 45+6-cı dəqiqədə Bayramov cərimə meydançasının kənarından topu uzaqlaşdırmağa çalışarkən zərbəsi uğursuz alınıb. Top irəli çıxmış qapıçı Kerem Matışlının üzərindən keçərək qapıya daxil olub.
İkinci hissədə “Bursaspor” yenidən önə keçmək üçün imkanlar yaradıb, lakin bunlardan yararlana bilməyib. Amine Butranın zərbəsi dirəkdən qayıdıb, Ertuğrul Ersoyun 90-cı dəqiqədə vurduğu qol isə ofsayd səbəbindən qeydə alınmayıb.
Start heyətində meydana çıxan Bayramov 79-cu dəqiqədə Barış Göklə əvəzlənib. “Bursaspor” ardıcıl beş səfər qələbəsindən sonra ilk dəfə rəqib meydanında xal itirib.