Əsas məzmuna keç

Pensiyalar bu qədər ARTIRILIR – 500 manat pensiya alan nə qədər çox alacaq?

Pensiyalar bu qədər ARTIRILIR – 500 manat pensiya alan nə qədər çox alacaq?

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının 7,5 faiz artırılması proqnozlaşdırılır. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının 7,5 faiz artırılması proqnozlaşdırılır. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi mexanizmində də dəyişiklik edilməsi nəzərdə tutulur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Azər Badamov 7,5 artımın ilkin proqnoz olduğunu bildirib.

Onun sözlərinə görə, yekun indeksləşdirmə əmsalı orta aylıq nominal əməkhaqqının artımına dair rəsmi göstərici əsasında müəyyənləşdiriləcək.

Komitə sədri xatırladıb ki, 2026-cı ildə əmək pensiyaları 9,3 faiz artırılıb. Gələn il üçün nəzərdə tutulan artım tempi isə bundan 1,8 faiz bəndi aşağıdır.

Pensiyaların indeksləşdirilməsi qaydası dəyişə bilər

Azər Badamovun sözlərinə görə, yeni mexanizmə əsasən, pensiyası orta aylıq əməkhaqqından aşağı olan şəxslərin ödənişlərinə indeksləşdirmə əmsalı tam tətbiq ediləcək.

Pensiyası orta aylıq əməkhaqqından yüksək olan şəxslərdə isə bu həddi aşan hissəyə fərqli əmsalların tətbiqi nəzərdə tutulur. Məqsəd daha aşağı pensiya alan vətəndaşların sosial müdafiəsini gücləndirməkdir.

7,5 faizlik artım pensiyalara necə təsir edəcək?

Əgər 7,5 faizlik artım pensiyanın bütün məbləğinə tətbiq olunsa, ödənişlər belə dəyişə bilər:

  • 500 manat pensiya: 37 manat 50 artaraq 537 manat 50 qəpik olacaq.
  • 600 manat pensiya: 45 manat artaraq 645 manata çatacaq.

Qeyd edək ki, bunlar 7,5 faizlik artımın tam məbləğə tətbiq edilməsi əsasında aparılan hesablamalardır. Yekun artım faizi və yeni indeksləşdirmə mexanizminin detalları rəsmi qərardan asılı olacaq.

Pensiya

Noyabr pensiyası 2026

  1. Bakı, Sumqayıt, Abşeron Hələ elan olunmayıb · adətən 6–14
  2. Naxçıvan MR 6 noyabr · Bu gün
  3. Digər bölgələr Hələ elan olunmayıb · adətən 11–23
Son aylar, artım və pensiya rəqəmləri ›

Pensiya ödənişi başlayanda bildiriş alın: gün açıqlananda və ödəniş günü.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…