Polşa çempionatının Ekstraklasa adlanan turnirində 14-cü turun qarşılaşmaları keçirilib. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə Varşava “Legiya”sı ilə üz-üzə gəlib və rəqibini 4:2 hesabı ilə məğlub edib.
Start heyətində meydana çıxan Emreli 58-ci dəqiqədə komanda yoldaşının qol vurmasına məhsuldar ötürmə ilə şərait yaradıb. Azərbaycanlı futbolçu görüşün 73-cü dəqiqəsində əvəzlənib.
Qələbəyə baxmayaraq, “Rakuv” 12 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Emreli daha əvvəl Varşava “Legiya”sında çıxış edib.
Kontekst
Noyabrın 3-də “Rakuv” Polşa çempionatının 13-cü turunda “Poqon Şetsin”i 3:1 hesabı ilə məğlub edib. Həmin görüşdə də start heyətində meydana çıxan Emreli komandasının ilk qoluna məhsuldar ötürmə verib.