Polşa çempionatında çıxış edən “Rakuv” 13-cü turda “Poqon Şetsin”i qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Rakuv”un start heyətində yer alan Azərbaycan millisinin hücumçusu Mahir Emreli 47-ci dəqiqədə komandasının ilk qoluna məhsuldar ötürmə verib. Onun ötürməsindən sonra Patrik Makuç hesabı 1:1 edib.
29 yaşlı futbolçu 71-ci dəqiqədə Olivier Kviatkovski ilə əvəzlənib. “Rakuv”un digər qollarını 73-cü dəqiqədə Boqdan Rakovitan və 90+7-ci dəqiqədə Tomaş Pyenko vurublar. Qonaqların yeganə qoluna isə beşinci dəqiqədə Darko Çurlinov imza atıb.
“Rakuv” növbəti oyununu noyabrın 8-də səfərdə “Legiya Varşava”ya qarşı keçirəcək.