“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldu Portuqaliya millisindəki gələcəyi və komandadan ayrılma ehtimalı barədə danışıb. O, azarkeşlərinə yığma ilə bir və ya bir neçə vida oyunu keçirəcəyinə söz verib.
Ronaldu bildirib ki, 2026-cı il dünya çempionatından sonra millidən getməyi planlaşdırıb, lakin Portuqaliya Futbol Federasiyasının prezidentinin xahişindən sonra komandada qalıb. Futbolçu məşqçinin ona Norveçlə oyunda 30 dəqiqə meydanda olacağını dediyini, ancaq sonradan meydana çıxarmadığını söyləyib. Bu hadisədən sonra təlim-məşq toplanışını tərk etdiyini bildirən Ronaldu qərarına görə məsuliyyəti üzərinə götürüb və komanda yoldaşlarından üzr istəyib.
O, məşqçinin sözünü tutmamasının komandada qalmasına təsir etdiyini, özünü kollektivə faydasız hiss edəcəyi halda əşyalarını toplayıb gedəcəyinə dair əvvəlki vədini yerinə yetirdiyini vurğulayıb. Ronaldu Federasiyanın davranışına görə onu cəzalandırmasını da düzgün saydığını qeyd edib.
“Millidə yarışmağa hazır olacağam”
Portuqaliyalı futbolçu vida görüşlərinin keçirilməsi üçün vaxt olacağını deyib. O, klubunda oynadığı və diskvalifikasiyasını başa vurduqdan sonra qol vurduğu təqdirdə, fiziki baxımdan hazır olduğu müddətdə millidə yarışmağa və qələbə qazanmağa çalışacağını bildirib. Ronaldu “A Bola”ya açıqlamasında dediklərinin həqiqət olduğunu vurğulayıb.