Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu komandanın düşərgəsini icazəsiz tərk etdiyinə görə cərimələnə bilər. A Bola nəşrinin məlumatına əsasən, cərimənin məbləği 500-1020 avro arasında olacaq.
Hadisə UEFA Millətlər Liqasının üçüncü turunda Danimarka ilə keçirilən oyundan əvvəl baş verib. Portuqaliya həmin qarşılaşmada rəqibini 4:2 hesabı ilə məğlub edib.
Məlumatda Ronalduya tətbiq ediləcək cərimənin dəqiq məbləği açıqlanmır. Bildirilir ki, futbolçu milli komandanın düşərgəsindən özbaşına ayrıldığına görə maliyyə cəzası alacaq.