Əsas məzmuna keç

Paşinyan Ermənistan-İran sərhədi üzrə komissiya yaradıb

Paşinyan Ermənistan-İran sərhədi üzrə komissiya yaradıb

Komissiya İranla sərhəd infrastrukturunun inventarlaşdırılması və İran tərəfi ilə danışıqlar aparılması məsələləri ilə məşğul olacaq. Onun tərkibinə Ermənistanın bir sıra dövlət qurumlarının nümayəndələri daxil edilib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ermənistanın Baş naziri İranla sərhəd infrastrukturunun inventarlaşdırılması və Tehran tərəfi ilə danışıqların aparılması məqsədilə xüsusi hökumət komissiyası yaradıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hökumətinin rəsmi portalı məlumat yayıb.

Komissiyaya Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin qonşu ölkələrlə əlaqələr idarəsinin rəisi v.m.i.e. Avetik Arutyunyan rəhbərlik edəcək. Qurumun tərkibinə sərhədlərin delimitasiyası şöbəsinin rəisi, Silahlı Qüvvələrin Baş Qərargahından iki nümayəndə, ədliyyə nazirinin müşaviri, Milli Təhlükəsizlik Xidmətinin (MTX) üç əməkdaşı (o cümlədən sərhəd qoşunları şöbəsinin rəisi) və Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin nümayəndəsi daxil edilib.

Xəbərdə qeyd olunur ki, bundan əvvəl Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan “” marşrutunun layihələndirilməsinə hazırlıq işləri çərçivəsində sərhəd zonasına səfər etmişdi.

“TRIPP” (Trump Route for International Peace and Prosperity — “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”) layihəsi Ermənistanın vilayətindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihənin yalnız Ermənistanın yurisdiksiyası və suverenliyi çərçivəsində fəaliyyət göstərəcəyi vurğulanır.

Sazişə əsasən, Ermənistan ABŞ-yə marşrutun inkişafı üçün 99 ilədək müddətə müstəsna hüquqlar verir. bu marşrut vasitəsilə Naxçıvanla quru əlaqəsi qurmağı planlaşdırır. Layihə çərçivəsində yaradılacaq operator şirkətdə ABŞ-nin nəzarət payına (ilkin mərhələdə ABŞ — 74%, Ermənistan — 26%) malik olacağı, müddət uzadılacağı təqdirdə isə Ermənistanın payının 49%-ə qədər artırıla biləcəyi bildirilir.

Qeyd edək ki, cari ilin mayında ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri zamanı paraflanan çərçivə sazişi iyunun əvvəlində rəsmən imzalanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…