Əsas məzmuna keç

Pentaqon dronların kütləvi istehsalı üçün 50 milyard dollar istəyəcək

Pentaqon dronların kütləvi istehsalı üçün 50 milyard dollar istəyəcək

Pit Heqseth bildirib ki, Pentaqon Konqresdən yüz minlərlə pilotsuz sistemin kütləvi istehsalına 50 milyard dollar ayırmasını istəyəcək. Onun sözlərinə görə, bu, birdəfəlik investisiya olacaq.

en ru

() yüz minlərlə müasir pilotsuz uçuş aparatının və avtonom sistemin kütləvi istehsalını təmin etmək məqsədilə Konqresdən 50 milyard dollar həcmində əlavə maliyyə vəsaitinin ayrılmasını xahiş edəcək. Bu barədə ABŞ-ın Pit Heqset (Pete Hegseth) bəyan edib. Nazirin fikirlərini “Defense News” nəşri yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, P.Heqsethin sözlərinə görə, cari il ərzində söhbət yüz minlərlə birdəfəlik istifadə üçün nəzərdə tutulan yüksək dəqiqlikli zərbə dronunun, qarşıdakı illərdə isə milyonlarla müxtəlif təyinatlı avtonom sistemin istehsalından gedir.

Nazir vurğulayıb ki, müdafiə idarəsi indiyədək bu qədər yüksək istehsal tempinə və texnoloji miqyasa nail olmayıb.

Pentaqon rəhbəri ayrılması planlaşdırılan vəsaitin hər il təkrarlanan cari xərc olmadığını, məhz hərbi-sənaye kompleksinin imkanlarını genişləndirməyə hesablanmış birdəfəlik strateji investisiya mahiyyəti taşıdığını diqqətə çatdırıb. O, sorğunun bu qabaqcıl texnologiyaları Silahlı Qüvvələr üçün kütləvi və əlçatan etmək istiqamətində atılan həlledici addım olduğunu əlavə edib.

Xatırladaq ki, avqust ayında Heqseth qanunvericilər yay tətilinə çıxmazdan öncə Konqresi rekord həcmdə — 1,5 trilyon dollarlıq müdafiə büdcəsi paketini təsdiqləməyə razı sala bilməmişdi.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 15.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…