Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zelenski: ABŞ ilə “Patriot” raketlərinin istehsalı üçün razılıq əldə olunub

3 dəq
Paylaş:
Zelenski: ABŞ ilə “Patriot” raketlərinin istehsalı üçün razılıq əldə olunub

və ABŞ arasında “Patriot” zenit-raket komplekslərinin istehsalı üçün lisenziyaların əldə olunması ilə bağlı siyasi əldə edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Ukrayna Prezidenti Türkiyədə keçirilən NATO sammitindən və ABŞ Prezidenti Donald Trampla görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

Zelenski qeyd edib ki, məsələ ilə bağlı siyasi qərar artıq qəbul olunub. Hazırda əsas diqqət komandaların və aidiyyəti nazirliklərin nümayəndələrinin lisenziyaların alınması və istehsal prosesinin başlanması istiqamətində operativ fəaliyyətinə yönəlib.

Kiyev yaxın günlərdə ABŞ-dən yeni paketinin təqdim olunacağını gözləyir.

Məlumata görə, yardım paketinə Rusiyanın ballistik raketlərinə qarşı effektiv hesab edilən “PAC-3 Patriot” raketləri də daxil ediləcək.

Volodimir Zelenski bildirib ki, bu sistemlər Ukrayna şəhərlərinin və strateji əhəmiyyətli infrastruktur obyektlərinin artan raket hücumlarından qorunması üçün mühüm rol oynayacaq.

Ukrayna və ABŞ arasında pilotsuz uçuş aparatlarının birgə istehsalı ilə bağlı danışıqlar da davam etdirilir.

Hazırda yekun müqavilə imzalanmasa da, Ukrayna texnologiyalarının, o cümlədən hava və dəniz dronlarının sınaqdan keçirilməsi üçün ilkin sənədlərin hazırlanması istiqamətində razılıq əldə olunub.

Bununla yanaşı, Ukrayna Avropa tərəfdaşları ilə “Patriot” sistemlərinə alternativ ola biləcək, daha aşağı xərcli və geniş miqyasda istehsalı mümkün olan yeni raketdən müdafiə sisteminin yaradılması üzərində işləyir.

Ukrayna Prezidenti Donald Trampla son görüşünü konstruktiv adlandırıb.

Zelenskinin sözlərinə görə, ABŞ liderinin Ukraynaya münasibətində müsbət dəyişiklik müşahidə olunur. Hər iki tərəf Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılmasının vacibliyini vurğulasa da, ərazi məsələləri ilə bağlı fikir ayrılıqları hələ də qalır.

Ukrayna və ABŞ arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti addımların yaxın zamanda atılacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax