Əsas məzmuna keç

Zelenski və Netanyahu Trampın diqqətini cəlb etməyə çalışacaqlar

Zelenski və Netanyahu Trampın diqqətini cəlb etməyə çalışacaqlar

Ukrayna və İsrail liderlərinin ABŞ prezidenti ilə görüşlərinin məqsədləri məlum olub.

ru en

Ukrayna Prezidenti və İsrailin ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirilməsi gözlənilən görüşlərdə onun dəstəyini qazanmağa çalışacaqlar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Bildirilib ki, telekanalın təhlilinə əsasən, hər iki lider davam edən münaqişələr fonunda öz strateji planlarını ABŞ-nin yeni administrasiyasına təqdim etməyi hədəfləyir. Qeyd edilib ki, ABŞ-nin İran siyasəti və Rusiya-Ukrayna müharibəsinə yanaşmasının hələ də qeyri-müəyyən qalması Kiyev və Təl-Əviv üçün bu görüşləri xüsusi əhəmiyyətli edir.

Qeyd olunub ki, "ABC News"un mənbələrinin məlumatına görə, ABŞ-nin milli rəsmiləri İranla mümkün münaqişənin Pentaqonun silah ehtiyatlarına təsirini müzakirə edirlər. Xüsusilə, Ukrayna üçün mühüm əhəmiyyət daşıyan "Patriot" hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının azalması narahatlıq doğurur. Mənbələr həmçinin Donald Trampın Volodimir Zelenskiyə münasibətində sammitlər çərçivəsində keçirilən son görüşlərdən sonra müsbət dəyişiklik müşahidə olunduğunu bildiriblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…