Əsas məzmuna keç

Pezeşkian: Təbiət siyasi sərhədləri tanımır

Pezeşkian: Təbiət siyasi sərhədləri tanımır

İran Prezidenti Məsud Pezeşkian İranda müharibənin ətraf mühitə təsirlərinin ölkə sərhədlərini aşdığını bildirib. O, beynəlxalq ictimaiyyəti bu nəticələrə qarşı tədbirlər görməyə çağırıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İran İslam Respublikasının Prezidenti Məsud İrəvanda keçirilən BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasının (COP17) Liderlər Sammitində çıxış edib. M.Pezeşkian çıxışında və İsrailin Yaxın Şərq regionunda həyata keçirdiyi hərbi əməliyyatların və gərginliyin ətraf mühitə, infrastrukturlarına və qlobal ekosistemə vurduğu ağır zərərlərdən danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İran Prezidenti hərbi münaqişələrin enerji obyektlərinin dağıdılmasına, iri miqyaslı yanğınlara və təhlükəli çirkləndirici maddələrin atmosferə yayılmasına səbəb olduğunu, bununla da biologiya və üçün ciddi təhdid yaratdığını diqqətə çatdırıb.

Pezeşkian vurğulayıb ki, silahlı toqquşmalar meşə sahələrinin və bataqlıqların məhvinə, su ehtiyatlarının kəskin azalmasına və həssas ekoloji mühitlərin pozulmasına gətirib çıxarır. Həmçinin vəhşi təbiət nümayəndələrinin öz təbii yaşayış arealını tərk etməsi, kimyəvi maddələrin və ağır metalların torpaq və su hövzələrinə sızması kimi təhlükəli proseslər kütləviləşir.

İran dövlət başçısının sözlərinə görə, bu cür dağıdıcı zərərlərin fəsadları aktiv hərbi əməliyyatlar başa çatdıqdan sonra da uzun onilliklər boyu aradan qaldırıla bilmir: “Ətraf mühitin məhv edilməsi birbaşa müharibənin acı nəticəsidir və gələcək nəsillərin mövcudluğu üçün ciddi risk törədir”, – deyə o əlavə edib.

Mümkün ekoloji fəlakətlərin lokal xarakter daşımadığını xatırladan M.Pezeşkian beynəlxalq birliyi təcili tədbirlər görməyə çağırıb:

“Bu, təkcə bir ölkənin daxili sərhədləri ilə məhdudlaşan problem deyil: təbiət siyasi sərhədləri tanımır. Su, torpaq və havanın çirklənməsi qısa müddətdə dövlət sərhədlərini aşaraq bütün regionu əhatə edir. Bu səbəbdən silahlı münaqişələrin vurduğu ekoloji zərərlər beynəlxalq səviyyədə diqqətlə qiymətləndirilməli və razılaşdırılmış qərarlar qəbul olunmalıdır”.

Pezeşkian İranın təbii mühitinə vurulan ziyan da daxil olmaqla, hərbi təcavüzün ekoloji fəsadlarına qarşı beynəlxalq ictimaiyyətin adekvat və kəsərli addımlar atmasının zəruriliyini vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…