Əsas məzmuna keç

Ermənistanda COP17 liderlər sammiti başlayıb

Ermənistanda COP17 liderlər sammiti başlayıb

İrəvanda keçirilən sammitdə müxtəlif ölkələrdən 10-a yaxın lider və 50-yə yaxın ölkənin yüksək vəzifəli nümayəndələri iştirak edir. COP17 konfransı oktyabrın 19-dan 30-dək davam edəcək.

en ru

Ermənistanda “Təbiət naminə liderlər” şüarı altında BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası () çərçivəsində Liderlər Sammiti işinə başlayıb. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 10-a yaxın və 50-dən çox ölkənin yüksəksəviyyəli iştirak edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sammitin açılış mərasimi İrəvandakı Karen Demirçyan adına İdman-Konsert Kompleksində baş tutub. Əsas işçi sessiyaların və hökumətlərarası müzakirələrin isə “Meridian” sərgi mərkəzində keçirilməsi nəzərdə tutulur.

Tədbirin rəsmi protokolu Ermənistanın dövlət himninin ifası ilə başlayıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın sol tərəfində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, sağ tərəfində isə BMT-nin əyləşiblər.

İrəvandakı sammitə BMT-nin Baş katibi Antonio Quterreş, İran Prezidenti Məsud Pezeşkian, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Sadır Japarov, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Zanzibar Muxtariyyətinin Prezidenti Hüseyn Əli Mvinyi, Əlcəzair Milli Şurasının sədri Əzuz Nasri və Beynəlxalq Frankofoniya Təşkilatının Baş katibi Luiz Muşikiwabo qatılıblar.

Sessiya çərçivəsində ekoloji gündəliyin siyasi çərçivəsini təşkil edəcək “Yer üzündə həyatın qorunması naminə” başlıqlı İrəvan Bəyannaməsinin qəbul olunması planlaşdırılır.

COP17 konfransı 2026-cı il oktyabrın 19-dan 30-dək davam edəcək. Sammitin əsas məqsədi planetin biomüxtəlifliyinin bərpası və qorunmasına dair beynəlxalq Kunmin-Monreal Qlobal Çərçivə Proqramının icrasının tarixdə ilk qlobal qiymətləndirilməsini həyata keçirməkdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…