Əsas məzmuna keç

Küləkli havada işçilərin əməyinin təşkili ilə bağlı qaydalar ilk oxunuşda qəbul edilib

Küləkli havada işçilərin əməyinin təşkili ilə bağlı qaydalar ilk oxunuşda qəbul edilib

Milli Məclisdə Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 8 baldan güclü küləkdə kranlarla iş dayandırılacaq, digər hallarda isə fasilələr tətbiq ediləcək.

en ru

şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni ilk oxunuşda qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, işçilər küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş dayandırılacaq.

Həmçinin küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…