Əsas məzmuna keç

İsraildə ərəb partiyaları Netanyahuya qarşı əməkdaşlığa hazırdır

İsraildə ərəb partiyaları Netanyahuya qarşı əməkdaşlığa hazırdır

Ortaq Ərəb Siyahısı müxalifət blokunu real siyasi alternativ təqdim etməyə çağırıb. Siyahı Netanyahu hökumətinin yenidən qurulmasına imkan verməmək üçün seçicilərin verdiyi dəstəkdən istifadə edəcəyini bildirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İsraildə keçirilən parlament seçkilərindən sonra Ortaq Ərəb Siyahısı seçicilərə təşəkkür edib və hökumətinin yenidən formalaşmasının qarşısını almaq üçün müxalifət bloku ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Siyahının yazılı bəyanatında ərəb icmasının mövcud siyasi dövrün kritik gərginliyini dərk edərək məntəqələrə kütləvi şəkildə üz tutduğu bildirilib. Yüksək fəallığın seçki gününü təxribatlara qarşı birgə iradə nümayişinə çevirdiyi vurgulanıb. Sənəddə, həmçinin "irqçi cərəyanın əksinə hərəkət edən" demokratik yəhudi fəallarına və seçicilərinə də minnatdarlıq ifadə olunub.

Bəyanatda qeyd olunub ki, ərəb icmasının göstərdiyi yüksək fəallıq Netanyahunun rəhbərlik etdiyi sağçı koalisiyanın hökumət qurmaq üçün lazımi səs çoxluğunu əldə edə bilməməsində həlledici rol oynayıb.

Ortaq Ərəb Siyahısı alternativ hökumətin qurulması üçün müxalifət bloku ilə dialoqa açıq olduğunu bildirib. Lakin bunun üçün müxalifətin real siyasi alternativ təklif etməsi, ərəb nümayəndələrini kənarlaşdırmaması və icmanın hüquq ilə tələblərini nəzərə alması şərt kimi irəli sürülüb.

Qeyd edək ki, oktyabrın 27-də keçirilən seçkilərin ilkin nəticələrinə əsasən, Binyamin Netanyahunun rəhbərlik etdiyi hakim blok 53, keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotun başçılıq etdiyi müxalifət bloku isə 48 mandat qazanıb. İsrail vətəndaşı olan fələstinliləri təmsil edən Ortaq Ərəb Siyahısı və Birləşmiş Ərəb Siyahısı ("Raam") isə ümumilikdə 19 mandat əldə edərək Knessatdə indiyədək ən yüksək təmsilçilik göstəricisinə nail olublar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…