Əsas məzmuna keç

Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO

Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO

TƏBİB-in keçmiş mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyində işə başlayıb. Yeni təyinat Anar Bayramovun struktur islahatları çərçivəsində baş tutub.

ru

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi olub.

“Operativ Məlumat Mərkəzi-OMM” bakupost.az-a istinadla xəbər verir ki, TƏBİB-in mətbuat katibi İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib.

Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.

Qeyd edək ki, Fərid İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib. Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi təyin edilib.

Görünür, Anar Bayramov səhiyyə naziri təyin olunduqdan sonra TƏBİB-də birgə çalışdığı bəzi kadrları Səhiyyə Nazirliyinə gətirmək qərarına gəlib.

Xatırladaq ki, oktyabrın 28-də Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abubəkirovun vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb. O, 2018-ci ildən bu vəzifədə çalışırdı.

Fotoda Fərid İsrafilzadə
1558906

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…