Əsas məzmuna keç

Azərbaycan səfiri güləşçilərə dünya çempionatı öncəsi uğurlar arzulayıb

Azərbaycan səfiri güləşçilərə dünya çempionatı öncəsi uğurlar arzulayıb
— Foto: idman.biz

Əlizamin Əsgərov Qazaxıstanda Azərbaycan Güləş Federasiyasının nümayəndə heyətini qəbul edib. Görüşdə Astanada keçiriləcək dünya çempionatı müzakirə olunub.

en ru

Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Əlizamin Əsgərov Güləş Federasiyasının ilə görüşüb.

Görüş zamanı oktyabrın 24-dən noyabrın 1-dək Astanada keçiriləcək böyüklər arasında güləş üzrə dünya çempionatı barədə fikir mübadiləsi aparılıb.

Əlizamin Əsgərov Azərbaycan milli komandalarına qarşıdakı yarışda uğurlar arzulayıb. Səfir idmançıların ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.

Azərbaycan Güləş Federasiyasının nümayəndələri göstərilən diqqətə, qonaqpərvərliyə və dəstəyə görə səfirə minnətdarlıqlarını çatdırıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…