Əsas məzmuna keç

“Sabah” yeni stadionunda “Masazır tribunası” yaradacaq

“Sabah” yeni stadionunda “Masazır tribunası” yaradacaq
— Foto: idman.biz

“Sabah” futbol klubu yeni ev stadionu “Sabah Arena”da tribunalarından birini Masazır sakinlərinə həsr edəcək. Mərdəkandakı arenada “Masazır tribunası”...

en ru

“Sabah” futbol klubu yeni ev stadionu “Sabah Arena”da tribunalarından birini Masazır sakinlərinə həsr edəcək. Mərdəkandakı arenada “Masazır tribunası” fəaliyyət göstərəcək.

Klub bu addımla uzun illər komandaya dəstək olan Masazır sakinlərinə minnətdarlığını ifadə etmək istəyir. “Sabah” hesabında bildirib ki, azarkeşlər komandanın sevincini, kədərini və qələbələrini illərdir onunla bölüşürlər.

Paylaşımda qeyd olunub ki, “Masazır tribunası” yeni stadionda sakinlərin kluba sevgisinin və sədaqətinin rəmzi olacaq. Klubun açıqlamasına görə, stadion dəyişsə də, dəyərləri dəyişmir.

“Sabah” daha əvvəl ev oyunlarını Masazırdakı “Bank Respublika Arena”da keçirirdi. Bundan sonra komanda rəqiblərini Mərdəkandakı “Sabah Arena”da qəbul edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…