Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq. Komanda Bakıda Cəbəllütariq yığması ilə üz-üzə gələcək.
Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv B qrupunun görüşündə meydan sahibi olacaq. Qarşılaşma “Bank Respublika Arena”da saat 17:45-də başlayacaq.
Matçın baş hakimi lüksemburqlu Yasmin Sabotiç olacaq.
Azərbaycan U-21 millisi hazırda altı komandanın yer aldığı qrupda 7 xalla beşinci pillədə qərarlaşıb.