MLS-in pley-off mərhələsinin ilk raundunun ilk oyunu Mayamidə keçirilib. “Nu Stadion”da baş tutan qarşılaşmada “İnter Mayami” “Kolambus Kru”nu qəbul edib və qonaqlar 3:0 hesablı qələbə qazanıblar.
Matçın 36-cı dəqiqəsində Qonsalo Luhanın qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra “İnter Mayami” azlıqda qalıb. Lionel Messi və Luis Suares meydan sahiblərinin start heyətində meydana çıxıblar.
“Kolambus Kru”nun heyətində Qonsalo Tapia dubl edib, Taha Habrun da bir dəfə fərqlənib. Komandalar arasında cavab oyunu noyabrın 28-də keçiriləcək.
“İnter Mayami” MLS-in Şərq Konfransının turnir cədvəlində 60 xalla ikinci yeri tutub. “Kolambus Kru” isə 47 xalla yeddinci pillədə qərarlaşıb.