Avropa Liqasının ümumi mərhələsinin 3-cü turunda Avstriyanın “Şturm” klubu Fransanın “Marsel” komandasını qəbul edib. Qrazdakı “Merkur Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun baş hakimi serbiyalı Nenad Minakoviç olub.
Matçın yeganə qolunu “Şturm”un yarımmüdafiəçisi Umar Diakite 13-cü dəqiqədə vurub.
“Marsel” növbəti Avropa Liqası matçında noyabrın 5-də səfərdə “Bayer”lə qarşılaşacaq. Həmin gün “Şturm” evdə “Sele”ni qəbul edəcək.
Turnirin son qalibi “Aston Villa”dır. İngiltərə təmsilçisi ötən mövsümün finalında “Frayburq”u 3:0 hesabı ilə məğlub edib.