Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın daha bir yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
97 kq çəki dərəcəsində çıxış edən Murad Əhmədiyev təsəlliverici görüşdə avstriyalı Markus Raqqinqerlə qarşılaşacaq.
Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli 55 kq, Sənan Süleymanov isə 77 kq çəki dərəcəsində qızıl medal qazanıb. Dünya çempionatı noyabrın 1-də başa çatacaq.
Kontekst
Oktyabrın 25-də Astanada keçirilən dünya çempionatının final görüşlərinə Eldəniz Əzizli və Sənan Süleymanov çıxıblar. Əzizlinin rəqibi iranlı Payam Əhmədi Balutaki, Süleymanovun rəqibi isə moldovalı Aleksandrin Qutsu olub.