Əsas məzmuna keç

“Azərbaycanın daxili işlərinə müdaxilə etməyin” - Nazirlikdən İrana kəskin CAVAB

“Azərbaycanın daxili işlərinə müdaxilə etməyin” - Nazirlikdən İrana kəskin CAVAB

“Azərbaycanın daxili işlərinə müdaxilə etməyin, gidin öz problemlərinizlə məşğul olun!” - İrana CAVAB

en ru

İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

"Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyildir. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır.

İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olsunlar.

İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə dilində tədris aparılan bir məktəb belə yoxdur. müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir. Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.

İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər",- deyə nazirlikdən bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…