Əsas məzmuna keç

"Metrolar açılana qədər təhsil onlayn olsun" - Müəllimdən TƏKLİF

"Metrolar açılana qədər təhsil onlayn olsun" - Müəllimdən TƏKLİF

Elm və Təhsil Nazirliyinin Formula 1 qərarı müzakirələrə yol açıb. Muradxan Hüseynov nəqliyyat böhranı fonunda distant dərslərin uzunmüddətli tətbiqini təklif edir.

en ru

Elm və Təhsil Nazirliyinin Formula 1 yarışı ilə əlaqədar 23-25 sentyabr tarixlərində müəssisələrində tədrisin (onlayn) formaya keçirilməsi barədə son anda verdiyi qərar cəmiyyətdə və tələbələr arasında geniş müzakirələrə səbəb olub. Yolların bağlanacağı öncədən bəlli olduğu halda qərarın gecə saatlarında elan edilməsi, operativlik və tədrisin keyfiyyəti ilə bağlı suallar doğurub.

Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən dili və ədəbiyyatı müəllimi, repetitor Muradxan Hüseynov bildirib ki, vaxtından asılı olmayaraq, bu addımın atılması mövcut sıxlığı fonunda zəruri idi:

“Bu, gözlənilən bir qərar idi. Çünki yollarda həddindən artıq tıxaclar yaşanırdı və bu da insanlara, xüsusən də tələbələrə mənzil başına vaxtında çatmaqda böyük maneələr yaradırdı. Hesab edirəm ki, qərar tamamilə doğrudur. Tıxaclarda, yollarda saatlarla vaxt itirməkdənsə, tələbələrin evlərindən onlayn şəkildə təhsillərini davam etdirmələri daha düzgün addımdır”.

photo_342226.webp?v=MTA6NTQyMDI2LTA5LTE0IDEzOjM5OjEw

infrastrukturu tam düzələnə qədər daha uzunmüddətli onlayn modelin tətbiqini təklif edən ekspert, pandemiya dövrünün təcrübəsini də xatırladıb:

"Hətta çox istərdim ki, şəhərdəki bu nəqliyyat sıxlığı və metrolardakı basırıq düzələnə qədər - istər bir il olsun - ali məktəblərdə dərsləri onlayn qaydada davam etdirək. Bu, həm şəhərdə insan sərbəstliyini təmin edər, həm də gərginliyi və narazılıqları azaldar. Pandemiya dövründə də təxminən iki il dərslər distant keçirildi. Əgər orta məktəblərdə yoxsa da, heç olmasa ali təhsil müəssisələrində bu təcrübəni davam etdirmək mümkündür".

Qeyd edək ki, qərarın gecikdirilməsi tələbələr üçün müəyyən çaşqınlıq yaratsa da, mütəxəssislər distant təhsilə keçidin şəhərdəki nəqliyyat böhranının qarşısını almaq üçün ən effektiv qısamüddətli çıxış yolu olduğunu vurğulayırlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…