Əsas məzmuna keç

Eldəniz Əzizli karyerasını beşinci dünya çempionluğu ilə bitirmək istəyir

Eldəniz Əzizli karyerasını beşinci dünya çempionluğu ilə bitirmək istəyir
— Foto: idman.biz

Dördqat dünya çempionu Astana çempionatından sonra idmançı karyerasını başa vurmağı planlaşdırır. O, finalda iranlı Payam Əhmədi ilə qarşılaşacaq.

en ru

Yunan-Roma güləşi üzrə dördqat dünya çempionu Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatından sonra idmançı karyerasını başa vurmaq niyyətindədir. 34 yaşlı güləşçi bu barədə Dünya Güləş Birliyinə (UWW) açıqlamasında bildirib.

Əzizli beşinci dəfə dünya çempionu olduqdan sonra peşəkar idmandan ayrılmaq istədiyini deyib. O, 55 kq çəki dərəcəsində yarımfinalda Gürcüstan təmsilçisi, son dünya çempionu Vaxtanq Loluaya 5:1 hesabı ilə qalib gələrək finala yüksəlib və ən azı gümüş medalı təmin edib.

Oktyabrın 25-də keçiriləcək finalda güləşçisinin rəqibi iranlı Payam Əhmədi olacaq. Əhmədi ötənilki dünya çempionatının yarımfinalında Əzizliyə qalib gəlib, Azərbaycan təmsilçisi isə yarışı bürünc medalla başa vurub. Qarşıdakı görüş Əzizliyə revanş almaq və karyerasını beşinci dünya çempionluğu ilə başa vurmaq imkanı verəcək.

Əzizli 2018, 2022, 2023 və 2024-cü illərdə dünya çempionu olub.

Kontekst

Oktyabrın 23-də Astanada keçiriləcək dünya çempionatının ilk günündə çıxış edəcək Azərbaycan millisinin ilkin mərhələdəki rəqibləri müəyyənləşib. Eldəniz Əzizli (55 kq) püşkatmaya əsasən ilkin mərhələdə güləşməyəcək dörd idmançıdan biri olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…