“Mercedes” pilotu Andrea Kimi Antonelli Formula-1 üzrə ABŞ Qran-prisinin sıralanma turunun qalibi olub. O, dövrəni 1:34.025 vaxta tamamlayıb. “Red Bull” pilotu Maks Ferstappen 0,179 saniyə geriləyərək ikinci, onun komanda yoldaşı İsak Hadjar isə 0,215 saniyə fərqlə üçüncü yeri tutub.
Sıralanma turunun ilk 10-luğu belə sıralanıb:
- Andrea Kimi Antonelli (“Mercedes”) — 1:34.025
- Maks Ferstappen (“Red Bull”) — +0.179
- İsak Hadjar (“Red Bull”) — +0.215
- Şarl Lekler (“Ferrari”) — +0.232
- Lyuis Hemilton (“Ferrari”) — +0.276
- Corc Rassel (“Mercedes”) — +0.441
- Oskar Piastri (“McLaren”) — +0.768
- Lando Norris (“McLaren”) — +1.014
- Arvid Lindblad (“Racing Bulls”)
- Liam Lawson (“Racing Bulls”)
İkinci seqmentdən sonra Pyer Qasli (“Alpine”) — 1:35.080, Niko Hülkenberq (“Audi”) — 1:35.158, Qabriel Bortoleto (“Audi”) — 1:35.691, Franko Kolapinto (“Alpine”) — 1:35.722, Fernando Alonso (“Aston Martin”) — 1:35.818 və Oliver Berman (“Haas”) — 1:36.031 mübarizəni dayandırıb.
İlk seqmentdən sonra isə Esteban Okon (“Haas”) — 1:36.531, Lens Stroll (“Aston Martin”) — 1:36.677, Karlos Sayns (“Williams”) — 1:36.770, Aleks Albon (“Williams”) — 1:36.967, Serxio Peres (“Cadillac”) — 1:37.433 və Valtteri Bottas (“Cadillac”) — 1:37.523 sıralanma turunu başa vurublar.