Bu gün, oktyabrın 11-də Formula-1 üzrə Sinqapur Qran-prisi keçirilib. Mövsümün 17-ci mərhələsinin qalibi “Red Bull”un pilotu Maks Ferstappen olub.
Dördqat dünya çempionu finiş xəttini birinci keçib. “Ferrari”dən Şarl Lekler ikinci, şəxsi hesabda lider olan “Mercedes” pilotu Andrea Kimi Antonelli isə üçüncü yeri tutub.