“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 13-cü turunda “Araz-Naxçıvan” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra hakimliyi tənqid edib.
Litvalı mütəxəssis oyunsonrası mətbuat konfransında komandasının matça hazırlığının istədikləri səviyyədə olmadığını deyib. Onun sözlərinə görə, “Barselona” ilə görüşdən sonra bu qarşılaşmaya yaxşı hazırlaşa bilməyiblər və oyun çətin keçib. Dambrauskas rəqibin də yaxşı çıxış etdiyini, “Sabah”ın isə yaxşı pressinq qurduğunu bildirib.
Baş məşqçi komandasını və “Sabah” ailəsini qələbə münasibətilə təbrik edib. O, hakimlərin qərarlarını anlamadığını və qarşılaşmada həddindən artıq çox vərəqə göstərildiyini söyləyib.